تبلیغات
سایت ادبیات - Aydın Muğanlı dan yeni bir şeir\\ SƏS


مدیر وبسایت : ابراهیم قاسمی
کل بازدید:
بازدید امروز :
بازدید دیروز :
بازدید این ماه :
بازدید ماه قبل :
تعداد کل مطالب :
آخرین بازدید :
آخرین بروز رسانی :

«SƏS»

Bərəlmiş gözləriylə gözlərimə baxır,

Nə hissimi bilir,

Nədəki gözümdən axan bu yaşların səbəbini.

Mən, əlimlə həkim cihazını qızın sinəsinə tutmuşam,

Qulağım isə sadəcə eşidilən səsdədir,

döyünən yürək səsi:

Tap, tap, tap, ...!

Ölürəm!

 

Bütün varlığım idi bu səs

14 il bundan əvvəl.

 

Qara gözəl qız,

hələ də təəccüblə gözlərimə baxır.

Ölmüşəm!

 

Anası kədərli baxışlariyla mənə

“Səni başadüşürəm xanım, axı mən də anayam!”

deməyə çalışır sankı.

Özünü buraxır,

ağlayır eləbil:

“Təşəkkür edirəm, təşəkkür, Allan səbir versin sənə!”

 

Mən isə sadəcə bir səs eşidirəm:

Tap, tap, tap, ...!

Qalsaydı indi,

düz 14 yaşı var idi oğul balamın

Bu döyünən qəlbin əsil sahibi!

 

İBRAHİM QASİMİ

(AYDIN MUĞANLI)

GERMİ- 5 SENTIYABR 2017 \\ 14 ŞƏHRİVƏR 1396

 

 

 

 

 

 

 

 



نوشته شده توسط ابراهیم قاسمی در سه شنبه 14 شهریور 1396 و ساعت 02:18 بعد از ظهر [+] | نظرات ()
Copyright © 2009- sinaylin™
نظر شما در مورد مطالب سایت؟